Kestutis Budris Azərbaycan-Ermənistan sülh prosesini dəstəklədiklərini bildirib

Kestutis Budris Azərbaycan-Ermənistan sülh prosesini dəstəklədiklərini bildirib

Litva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyişi və sülh prosesində Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir.

SİA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Litva Azərbaycanın regional sülh və təhlükəsizlik naminə göstərdiyi səyləri, eləcə də bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri təqdir edir.

Kestutis Budris Vaşinqtonda sülh sazişinin mətninin paraflanması münasibətilə Azərbaycanı təbrik edib. O, Ermənistan tərəfindən səsləndirilən son açıqlamalar da daxil olmaqla, prosesin gedişatını diqqətlə izlədiklərini qeyd edib.

Litvanın xarici işlər naziri sülh sazişinin yekun imzalanacağına ümid etdiklərini bildirib. Onun sözlərinə görə, bu, regionda əməkdaşlığın inkişafı üçün daha əlverişli şərait yaradacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə