Litva enerji təchizatının şaxələndirilməsi yollarını araşdırır - Kestutis Budris
Litva enerji təchizatının şaxələndirilməsi, maye qaz idxalının artırılması və region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanları nəzərdən keçirir.
SİA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, enerji və nəqliyyat əlaqəliliyi Azərbaycan-Litva əməkdaşlığının mühüm istiqamətlərindəndir. Onun sözlərinə görə, Litva enerji tədarükünün daha da şaxələndirilməsi yollarını araşdırır.
Kestutis Budris qeyd edib ki, Avropa İttifaqının maye qaz idxalını artırmaqla bağlı iddialı planları var. Bu baxımdan Litva maye qaz idxalı və digər region ölkələrinin təchizatı sahəsində güclü regional mövqeyə malikdir.
O vurğulayıb ki, mövcud imkanlar Azərbaycan və Litva arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB