Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Nikol Paşinyan Rusiyaya səfəri zamanı dekabrın 21-də keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib-etməyəcəyini açıqlayacaq.
“Biz hələ bunu bilmirik. Bunu Paşinyandan soruşmaq lazımdır. Düşünürəm ki, Moskvada olduğu zaman o, sammitdə iştirak edib-etməyəcəyini açıqlayacaq”, – Kremlin sözçüsü deyib.
Qeyd edək ki, Paşinyanın Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB