"Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi Vaşinqtonla Bakının ortaq maraqları sırasındadır" - ŞƏRH

"Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi Vaşinqtonla Bakının ortaq maraqları sırasındadır" - ŞƏRH

"ABŞ Konqresində insan hüquqları və dini azadlıqlar adı altında Azərbaycan və Türkiyəyə qarşı səsləndirilən ittihamların siyasi tərəfləri də var. Bu dinləmələrdə irəli sürülən sanksiya və hərbi əməkdaşlığın məhdudlaşdırılması təklifləri Bakı və Ankaraya siyasi təzyiq göstərmək, onların regionda artan nüfuzunu məhdudlaşdırmaq məqsədi daşıya bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, erməni lobbi təşkilatları və onlara yaxın konqresmenlər bu məsələlərin ABŞ-ın siyasi gündəmində saxlanılmasında fəal rol oynayırlar:

"Azərbaycan–Ermənistan münaqişəsini dini qarşıdurma kimi təqdim etməklə Qərbin xristian ictimaiyyətinin dəstəyini qazanmağa və ABŞ administrasiyasının Azərbaycana münasibətinə təsir göstərməyə çalışırlar.

Lakin hesab edirəm ki, ayrı-ayrı konqresmenlərin mövqeyi ilə ABŞ dövlətinin rəsmi siyasətini eyniləşdirmək doğru olmaz. Bu cür dinləmələr müəyyən qanunvericilik təşəbbüslərinə zəmin yarada bilər, amma özlüyündə hüquqi qüvvəyə malik qərar deyil. Bu gün Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycanla ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi Vaşinqtonla Bakının ortaq maraqları sırasındadır.

Bu baxımdan, erməni lobbisinin və ona yaxın konqresmenlərin ABŞ-ın Azərbaycana münasibətinə təsir imkanları olsa da, mövcud strateji əməkdaşlıq şəraitində bu imkanlar hələ ki məhduddur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə