"Sabah"ın oyunu ilə əlaqədar "Koroğlu" stansiyasından 71 minə yaxın sərnişin istifadə edib

"Sabah"ın oyunu ilə əlaqədar "Koroğlu" stansiyasından 71 minə yaxın sərnişin istifadə edib

Azərbaycanın "Sabah" və İspaniyanın "Barselona" klubları arasında keçirilən oyun günündə, yəni noyabrın 25-də "Bakı Metropliteni" QSC-nin "Koroğlu" metro stansiyasından 70 570 sərnişin istifadə edib.

Bu barədə SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ilə "Koroğlu" stansiyası cari il üzrə gündəlik sərnişin sayında rekord nəticəyə imza atıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə