Kim Çen In Rusiyaya hərbi yardımı dayandırıb. Ukrayna kəşfiyyatı münaqişənin səbəbini açıqlayıb...
“Ay etibarsız”..?

...Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərdə ciddi bir çat yaranıb və bu da Şimali Koreyanın təcavüzkar ölkəyə hərbi dəstəyini dayandırmasına səbəb olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

...Deməli, 7 sentyabr 2026-cı ildə Rusiya və Şimali Koreya iki ölkə arasındakı sərhəd boyunca uzanan Tümen çayı (Tumanqanq) üzərindən avtomobil körpüsünü rəsmi olaraq açıblar. Yeni körpü iki ölkə arasında nəqliyyat əlaqələrini gücləndirmək və ikitərəfli nəqliyyatın artmasına kömək etmək üçün nəzərdə tutulub.

Məlum olduğu kimi, Moskva Şimali Koreya silahlarını və onların komponentlərini almağa davam etməkdə maraqlıdır. Pxenyan da öz növbəsində avadanlıq, xammal, texnologiya və maliyyələşdirmə şəklində Rusiyanın köməyinə ümid edir və həmçinin Rusiyanın müasir müharibədəki təcrübəsindən öyrənməyə çalışır.

Və buna baxmayaraq, ötən ay Rusiya Federasiyası ilə Şimali Koreya arasında münasibətlərdə fikir ayrılıqları yaranıb. Buna səbəb Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun Moskvanın gələcəkdə Seul və Pxenyan arasında münasibətlərdə gərginliyin azaldılmasına kömək edəcəyi barədə bəyanatı olub.

Şimali Koreyada bu sözlər son dərəcə mənfi qarşılanıb. Oktyabrın sonunda Şimali Koreyanın xarici işlər naziri Ço Sonq Hui bəyan edib ki, belə bir mövqe iki dövlət arasında müttəfiqlik münasibətlərinin xarakterinə uyğun gəlmir.

O, həmçinin Rusiya tərəfdən Cənubi Koreya ilə bağlı siyasətinə aydınlıq gətirilməsini tələb edib. Bundan əlavə, Ço Sonq Hui Rusiyaya hərbi dəstəyi müvəqqəti dayandırdığını açıqlayıb.

Məlumata görə, müvafiq qərarı şəxsən Şimali Koreya lideri Kim Çen In verib.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, məhdudiyyətlər Şimali Koreyanın hava məkanından Rusiya hərbi-nəqliyyat təyyarələrinin istifadəsinə, həmçinin KN-23 ballistik raketlərinin və artilleriya sursatlarının yeni partiyasının tədarükünə şamil edilir.

...Üstəlik, Pxenyan Moskvanın Şimali Koreyanın Rusiyadakı hərbi kontingentinin sayını artırmaq tələbini yerinə yetirməyə tələsmir.

Söhbət qüvvələrin 8,5 mindən 50 minə qədər artırılmasından gedir. Qeyd edilməlidir ki, Rusiyada olan Şimali Koreya ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin 11-ci Korpusunun bölmələri Kursk vilayətində xidmətini davam etdirir. Onlar Kursk qüvvələrinin ikinci eşelonunda yerləşirlər.

Bundan əlavə, yayın ortalarından Şimali Koreya ordusunun birləşmiş raket bölməsi Voronej vilayətində fəaliyyət göstərir. Rusiya tərəfi Ukraynanı vurmaq üçün bundan istifadə edir. Bu bölmə Moskva Hərbi Dairəsinin 1-ci Tank Ordusunun 112-ci Raket Briqadasının tərkibinə daxildir.

Beləliklə, Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın daha da dərinləşməsi faktiki olaraq dayandırılıb. Əməkdaşlığın əsas problemləri arasında Rusiya və Şimali Koreya qoşunlarının qarşılıqlı fəaliyyət qabiliyyətinin aşağı səviyyəsi, dil maneəsi, tərcüməçilərin çatışmazlığı, eləcə də Şimali Koreya tərəfindən kifayət qədər maddi-texniki dəstək göstərilməməsi qalır.

Və əlavə maneə Rusiya hərbi komandanlığının Şimali Koreya hərbçilərinə münasibətidir.

Mövcud məlumatlara görə, Rusiya ordusunun ali rəhbərliyinin nümayəndələri Şimali Koreya ordusuna qarşı açıq nifrət nümayiş etdirir, onları siyasi yük kimi qəbul edirlər.

İki ölkə arasında hərbi əməkdaşlığı məhdudlaşdıran digər amil Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələri ilə döyüşlərdə Şimali Koreya kontingentinin əhəmiyyətli itkiləri olub.

Baş Kəşfiyyat İdarəsinin hesablamalarına görə, Şimali Koreya hərbçilərinin ümumi itkiləri 7058 nəfərdir.

Onlardan 2251 hərbçi həlak olub, qalanları isə yaralanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə