İsveç Xarici İşlər Nazirliyi (XİN) noyabrın 26-da Polşanın hava məkanının pozulması və Danimarka ərazisində qətlə hazırlıq ittihamları ilə əlaqədar Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayevi quruma çağırıb.
SİA xəbər verir ki, bu barədə İsveç XİN-in bəyanatında bildirilib.
Qeyd olunub ki, rusiyalı diplomata noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə bağlı Stokholmun mövqeyi çatdırılıb. Bundan əlavə, İsveç tərəfi Danimarka ərazisində Ukrayna və ABŞ vətəndaşına qarşı sui-qəsdin hazırlanması ilə bağlı iddiaları pisləyib. Kopenhagen bu işdə Rusiyanın əli olduğunu bildirir.
"İsveç müttəfiqlərimiz olan Polşa və Danimarkaya tam dəstək verir. Rusiyanın Avropanı bölmək və Ukraynaya dəstəyi sarsıtmaq cəhdləri uğurla nəticələnməyəcək. Biz əsas xarici siyasət prioritetimiz olan Ukraynanı dəstəkləməyə davam edirik", - İsveçin XİN rəhbəri Mariya Malmer Stenerqard bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB