Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində yüksək ixtisaslı mütəxəssislər tərəfindən Maqnit Rezonans Tomoqrafiyası (MRT), Kompüter Tomoqrafiyası (KT), mammoqrafiya, ümumi rentgenoqrafiya, ultrasəs müayinəsi (USM), eləcə də invaziv radiologiya daxil olmaqla geniş spektrli müayinə və prosedurlar həyata keçirilir. Şöbənin müasir texnoloji imkanları və mütəxəssislərin zəngin təcrübəsi müxtəlif orqan və toxumalarda baş verən dəyişikliklərin ətraflı görüntülənməsinə, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və dəqiq diaqnostikasına şərait yaradır.
Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov, radioloq Emin Məmmədov, sonoloqlar Günay Əhmədova və Tükəzban Abdullayeva, rentgenoloq Nataliya Astraxanseva və böyük tibb bacısı İradə Tağıyeva pasiyentlərə peşəkar və keyfiyyətli xidmət göstərirlər. Komanda MRT, USM və KT müayinələri vasitəsilə bədənin müxtəlif nahiyələrinin yüksək keyfiyyətli görüntülənməsini təmin edir. Şöbədə ümumi radiologiya, neyro-radiologiya, baş-beyin radiologiyası və uşaq radiologiyası istiqamətləri üzrə müayinələr aparılır.
Radiologiya şöbəsi dünyanın aparıcı tibbi texnologiya istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunub. Burada Philips şirkətinin Ingenia Elition X 3.0 Tesla və Siemens şirkətinin Essenza 1.5 Tesla gücündə iki maqnit rezonans tomoqrafiyası (MRT) aparatı, Philips şirkətinin Incisive 128 multislice kompüter tomoqrafiyası (KT) cihazı, rəqəmsal rentgen avadanlığı, Rəqəmsal Subtraksiya Angioqrafiyası (DSA), panoramik rentgen, sümük mineral densitometriyası və ultrasəs müayinəsi (USM) cihazları mövcuddur.
Xüsusilə Philips şirkətinin Ingenia Elition X 3.0T MRT cihazı yüksək texnoloji imkanları ilə seçilir. Güclü maqnit sahəsi və qabaqcıl görüntüləmə texnologiyaları sayəsində insan orqanizminin müxtəlif orqan və toxumalarının ətraflı müayinəsinə, anatomik strukturların yüksək keyfiyyətlə görüntülənməsinə və diaqnostik məlumatların əldə edilməsinə imkan yaradır.
Philips Incisive 128 multislice KT cihazı isə müasir kompüter tomoqrafiyası texnologiyası vasitəsilə orqanizmin müxtəlif nahiyələrinin ətraflı görüntülənməsini təmin edir. Siemens Essenza 1.5T MRT sistemi, rəqəmsal rentgen, DSA və digər avadanlıqlar da şöbənin geniş diaqnostik imkanlarını tamamlayır.
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində müasir tibbi texnologiyalar, peşəkar mütəxəssislər və keyfiyyətli tibbi xidmət bir araya gəlir. Məqsədimiz pasiyentlərin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və müalicə prosesinin düzgün istiqamətləndirilməsinə töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə