Mərhələli elektrik avtomobillərinə keçid olarsa sürücülər hansı avtomobilə üstünlük verməlidirlər? - NƏQLİYYAT EKSPERTİ

Mərhələli elektrik avtomobillərinə keçid olarsa sürücülər hansı avtomobilə üstünlük verməlidirlər? - NƏQLİYYAT EKSPERTİ

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq. Bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Bəs, mərhələli elektrik avtomobillərinə keçid olarsa sürücülər hansı avtomobilə üstünlük verməlidirlər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, bu, uzunmüddətli perspektiv üçün 2035-ci ilə qədər olan dövrü əhatə etməsi gözlənilən bir prosesdir:

"Daxili yanma mühərrikinin müəyyən bir tipi ilə hərəkət edən nəqliyyat vasitələrinin iş prinsipi baxımından bu, kifayət qədər bəsit bir formadır. Lakin daha mürəkkəb formalar da mövcuddur.

Bu formaların istifadəsinin rentabelliyə mənfi təsir göstərəcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu gün nəqliyyat axınlarının idarə edilməsində və konfiqurasiyanın formalaşdırılmasında xüsusi paya malik olacaq müxtəlif konfiqurasiyalar da mövcud ola bilər. Yəni nəqliyyat axınlarının idarə olunmasında əsas məsələlərdən biri axınların necə müəyyənləşdirilməsidir. Bu məsələ ciddi müzakirə tələb edir.

Bu gün rentabelliyə nəzər saldıqda görürük ki, nəqliyyat axınlarının formalaşmasında daxili yanma mühərriki ilə işləyən, benzin və dizel yanacağından istifadə edən, eləcə də alternativ yanacaq sistemlərinə malik nəqliyyat vasitələrinin payı digər nəqliyyat vasitələri ilə müqayisədə daha çoxdur. Bu da daxili yanma mühərriklərinin rentabelliyinin daha çox təşviq edilməsinə hesablanıb.

Nəqliyyat axınlarının idarə olunmasında bu amil başlıca paya malikdir. Onun konfiqurasiyasında və müəyyən edilmiş limitlər çərçivəsində təklif olunan həllərin uyğunluğu və ya uyğunsuzluğu, eləcə də digər amillər əsas götürülür. Sonda isə bütün bunların nəqliyyat axınlarının rentabelliyinə və etibarlılıq xüsusiyyətlərinə xüsusi töhfəsi vardır. Bu töhfəni müxtəlif formalarda aydınlaşdırmalı və qiymətləndirməliyik. Mövcud problemlərin həlli üçün mühüm və praktik yollar tapmalıyıq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə