Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması, digər amillər nəzərə alınmadıqda, ölkədə iqtisadi artım tempini təxminən 0,65 faiz bəndi azalda bilər.
SİA-nın əldə etdiyi məlumata görə, "Armenpress" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bu gün parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Nazir Aİİ çərçivəsində mümkün problemlərin dərinləşməsi fonunda Ermənistan iqtisadiyyatının bu prosesə nə dərəcədə hazır olması ilə bağlı suala cavabında bildirib ki, yekun nəticə digər mənfi və müsbət amillərdən də asılı olacaq.
“Əgər biz Aİİ-dən çıxsaq və başqa nəticələr olmasa, bunun özlüyündə iqtisadiyyata təsiri mənfi 0,65 faiz bəndi təşkil edəcək. Yəni, məsələn, iqtisadiyyat 6,6 faiz artmalı idisə, digər amillər olmadıqda, 6 faiz artacaq”, – Papoyan qeyd edib.
O, qiymətləndirmə zamanı yanaşı təsirlərin də nəzərə alınmalı olduğunu vurğulayıb. Nazir mümkün gömrük rüsumlarının qazın qiymətinə təsirini buna nümunə göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB