"8 Noyabr tarixi Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Azərbaycanın qazandığı Zəfər ölkədə və bütövlükdə regionda yeni siyasi reallığın formalaşmasına gətirib çıxardı".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
.jpg)
Onun sözlərinə görə, bu gün Azərbaycan regionda sülh və əməkdaşlığı dəstəkləyən, regional inkişafa mühüm töhfələr verən dövlət kimi çıxış edir:
"Qazanılmış Zəfər, bir tərəfdən, 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, digər tərəfdən isə gələcək nəsillər üçün qalib və güclü Azərbaycanın qorunub saxlanılmasına zəmin yaratdı.
Zəfərdən sonrakı dövrdə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesini intensiv şəkildə həyata keçirir. Dövlət tərəfindən bu ərazilərin dirçəldilməsi, infrastrukturun yenidən qurulması, iqtisadi potensialın bərpası və bölgənin inkişafı istiqamətində genişmiqyaslı işlər görülür.
Ötən il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 26 milyard manat vəsait ayrılıb. Zəfərdən sonra bu ərazilərin iqtisadiyyatının altı dəfə böyüdüyü də bildirilir. Bu göstəricilər Azərbaycanın iqtisadi və quruculuq potensialını nümayiş etdirir.
Beləliklə, Zəfər qazanmış Azərbaycan vaxtilə dağıdılmış ərazilərini bərpa edir, yenidən qurur və inkişaf etdirir. Bu proses ölkənin yalnız hərbi sahədə deyil, iqtisadi və sosial inkişaf istiqamətində də yeni mərhələyə qədəm qoyduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB