"Ağbəndin azad olunmasının xüsusi siyasi mənası var idi" - DEPUTAT

"Ağbəndin azad olunmasının xüsusi siyasi mənası var idi" - DEPUTAT

"2020-ci il oktyabrın 22-si Azərbaycan tarixində təkcə bir yaşayış məntəqəsinin azad edildiyi gün deyil. Həmin gün Azərbaycan öz dövlət sərhədinin bir hissəsini deyil, 30 ilə yaxın pozulmuş suverenliyini bərpa etdi".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Ağbəndin azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsi hərbi qələbə olmaqla yanaşı, ciddi siyasi və geostrateji hadisə idi:

"Azərbaycan dünyaya bir daha göstərdi ki, dövlət sərhədləri yalnız xəritədə çəkilən xətlər deyil, dövlətin iradəsinin, gücünün və müstəqilliyinin ifadəsidir.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Ağbəndin azad olunmasının xüsusi siyasi mənası var idi. Azərbaycan Ordusu həmin gün yalnız düşməni ərazimizdən çıxarmadı, həm də regionda onilliklər ərzində formalaşmış hərbi-siyasi reallığı dəyişdirdi. Otuz ilə yaxın başqalarının nəzarətində olan sərhəddə Azərbaycan bayrağının dalğalanması işğal dövrünün sona yaxınlaşdığının ən aydın mesajlarından biri idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq yalnız bəyanatlarda xatırlanmalı anlayış deyil. Dövlət öz hüququnu müdafiə etmək gücünə malik olduqda beynəlxalq hüququn prinsipləri real məzmun qazanır. Burada başqa bir mühüm məqam da var. Ağbəndin azad edilməsi Azərbaycanın gələcək regional nəqliyyat və kommunikasiya siyasəti baxımından da strateji əhəmiyyət daşıyırdı. Bu gün Naxçıvanla bağlantılar, yeni nəqliyyat marşrutları və regionun iqtisadi inteqrasiyası haqqında danışırıqsa, həmin imkanların siyasi və təhlükəsizlik əsaslarının formalaşmasında 2020-ci ilin hərbi qələbələrinin müstəsna rolunu unutmamalıyıq.

Əslində, 22 oktyabrın verdiyi ən böyük mesaj budur: Azərbaycan 30 il öz sərhədlərinin bərpasını gözlədi, amma onları başqalarının siyasi iradəsinə etibar etmədi. Öz gücü ilə bərpa etdi.
Bu gün Ağbənddə dalğalanan üçrəngli bayrağımız yalnız azad edilmiş torpağın deyil, müstəqil qərar verən, milli maraqlarını qoruyan və regionun gələcəyində söz sahibi olan Azərbaycanın rəmzidir.
Tarixin maraqlı qanunauyğunluğu var: bir vaxtlar Azərbaycanın sərhədləri üzərində başqaları qərar verməyə çalışırdı. Bu gün isə Azərbaycan regionun yeni siyasi və iqtisadi xəritəsinin formalaşmasında əsas söz sahiblərindən biridir. Ağbənd zəfəri bu böyük dönüşün mühüm mərhələlərindən biri kimi tariximizdə əbədi yaşayacaq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə