Əfqanıstanda məktəbdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb...

...99 nəfər xəsarət alıb
Əfqanıstanda məktəbdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb...

Əfqanıstanın şimal-şərqində yerləşən Kunar vilayətində məktəb yaxınlığında baş verən partlayış nəticəsində 7 şagird ölüb, 99 nəfərə qədər insan yaralanıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani məlumat verib.

İlkin məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən və mədən şirkətlərinə məxsus partlayıcı maddələrin saxlanıldığı anbarda baş verib.

Hadisə Əsədabad rayonunun Andarsir ərazisində qeydə alınıb. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə