Almaniya parlamenti 556 milyard avro məbləğində xərcləri və 210,4 milyard avro məbləğində yeni borclanmanı nəzərdə tutan 2027-ci il federal büdcəsini təsdiqləyib.
Belə ki, Bundestaqın 317 deputatı sənədin lehinə, 260-ı isə əleyhinə səs verib.
Yeni borclanmaların həcmi Almaniya tarixində böyüklüyünə görə ikinci olacaq. 2021-ci ildə, koronavirus pandemiyasının bütün dünyada durğunluğa və iqtisadi itkilərə səbəb olduğu vaxtda federal hökumət rekord həddə – 215,4 milyard avro vəsait cəlb etmişdi.
Məkum olub ki, gələn il müdafiəyə əsas büdcədən 109,7 milyard avro və Bundesverin xüsusi fondundan 29,6 milyard avro daxil olmaqla, təxminən 139,3 milyard avro yönəldilməsi planlaşdırılır. Ukraynaya dəstək üçün isə daha 11,6 milyard avro nəzərdə tutulub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB