Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Gündəlikdə “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi yer alıb.

Bundan başqa, Əmək Məcəlləsində dəyişiklik edilməsi, Mülki Məcəllədə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişikliklər, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Elektron ticarət haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihələri müzakirə olunacaq.

İclasın gündəliyinə, həmçinin Mülki Məcəllə, Vergi Məcəlləsi və hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunvericiliyə, daşınmaz əmlakın dövlət reyestri, uyğunluğun qiymətləndirilməsi və texniki tənzimləmə, eləcə də dövlət rüsumu haqqında qanunlara dəyişiklik layihələri daxil edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə