DGK TXİ-nin rəis müavini UNEC-də narkomaniyanın profilaktikasına həsr olunmuş maarifləndirici tədbirdə çıxış edib
26 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə tələbələr üçün narkomaniyanın profilaktikasına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı İsmayıl Əfəndiyev çıxış edərək narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsiri, narkotik asılılığının yaranma mexanizmləri və tibbi-sosial fəsadları, müasir sintetik narkotiklərin yaratdığı təhlükələr barədə tələbələrə ətraflı məlumat verib.
Çıxış zamanı gənclər arasında narkomaniyanın profilaktikasında maarifləndirmənin, sağlam həyat tərzinin təşviqinin və zərərli vərdişlərdən qorunma yolları barədə məlumatlılığın artırılmasının xüsusi əhəmiyyəti vurğulanıb. Bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənclərin sağlamlığının qorunmasına, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinə və sağlam həyat tərzinin formalaşdırılmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB