...Xüsusi hərbi əməliyyat zonasında reaktiv mühərrikli naməlum modelli yeni Rusiya kamikaze dronu peyda olub. SİA xəbər verir ki, müvafiq görüntülər "Hərbi informator" Telegram kanalı tərəfindən yayımlanıb.
Yeni cihaz Ukrayna dronunun kamerası tərəfindən çəkilib. Ehtimal ki, eyni modeli yerdə göstərən bir foto da ortaya çıxıb.
Rusların yazdığına görə, Kiyev Rusiya Silahlı Qüvvələrinin yeni cihazının "K5 məhsulu" adlandırıldığını iddia edir. Pilotsuz təyyarənin adı və ya xüsusiyyətləri barədə rəsmi məlumat yoxdur.
Lakin, Lancet sistemindən olan "51 Məhsulu" və "52 Məhsulu" kimi oxşar işarələr istifadə olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB