Orta Kür kontrakt sahəsi üzrə saziş birinci oxunuşda qəbul edilib

Orta Kür kontrakt sahəsi üzrə saziş birinci oxunuşda qəbul edilib

“Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş ratifikasiya edilib.

SİA xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış sazişin əsas mətninə edilmiş 12 əlavə qəbul və təsdiq edilib, onların həyata keçirilməsinə icazə verilib.

Sənədə əsasən, sazişdə başqa hallar nəzərdə tutulmadığı təqdirdə, onun və əlavələrinin müddəaları qüvvədə olduğu müddət ərzində onlara zidd olan Azərbaycan Respublikasının digər mövcud və ya gələcək qanunlarının, fərmanlarının və inzibati sərəncamlarının müvafiq müddəalarından üstün tutulacaq.

Sazişin şərtlərinə uyğun olaraq, podratçı tərəflərə kontrakt sahəsində nəzərdə tutulan qeyri-ənənəvi ehtiyatlar üzrə neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq veriləcək.

Qeyd olunub ki, sənəd qüvvəyə mindikdən sonra podratçı tərəflərin və ya onların hüquqi varislərinin saziş və əlavələr üzrə əldə etdikləri hüquqlar onların qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün iştirakçılara müvafiq qaydada bütün zəruri lisenziyalar, gömrük icazələri, vizalar və digər səlahiyyət və icazələr veriləcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə