“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, dəyişikliklər məhkəmə əmri haqqında ərizələrin verilməsi, eləcə də apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri üzrə dövlət rüsumlarının hesablanması qaydasını əhatə edir.
Layihəyə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 25 manat dövlət rüsumu müəyyən edilir.
Bununla yanaşı, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizələrin verilməsinə görə mübahisələndirilən hissəyə uyğun olaraq ilkin dövlət rüsumunun 50 faizi həcmində ödəniş tutulacaq.
Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB