Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, dəyişikliklər torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatına alınması zamanı tələb olunan sənədlərin siyahısına yeni sənədin əlavə edilməsini nəzərdə tutur.
Belə ki, Mülki Məcəllənin 139-1.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə müvafiq əlavələr edilir. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü sənədi də təqdim olunmalıdır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB