İranın Qərbi Azərbaycan ostanında dörd nəfər ölüb...

...dəm qazından zəhərlənmə nəticəsində
İranın Qərbi Azərbaycan ostanında dörd nəfər ölüb...

İranın Qərbi Azərbaycan ostanının Məhkəmə-Tibbi Ekspertiza İdarəsi Urmiya kəndlərindən birində dörd gəncin dəm qazından zəhərlənərək həyatını itirdiyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, ölən şəxslərin hər birinin təxminən 30 yaşı olub.

Qərbi Azərbaycan ostanının Məhkəmə-Tibbi Ekspertiza İdarəsi soyuq mövsümdə vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, standartlara uyğun və təhlükəsiz tüstü bacası olan istilik cihazlarından istifadə etməyə, həmçinin dəm qazının yaratdığı təhlükələrə ciddi yanaşmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə