İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır"
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun (K44, 70 kq) ən böyük hədəfi yenidən dünya və paralimpiya çempionu olmaqdır.
SİA xəbər verir ki, 28 yaşlı idmançı bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib.
O, Cənubi Koreyanın Muju şəhərində keçirilmiş dünya çempionatında və Qazaxıstanın paytaxtı Astanadakı Qran-Pri Finalında bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim. Sadəcə, əlimdən ciddi zədə aldım və istədiyim kimi döyüşə bilmədim. Bürünc mükafatla kifayətlənmək məcburiyyətində qaldım. Astanadakı Qran-pri Finalında isə ən güclü səkkiz idmançı iştirak edirdi. Zədəli baxmayaraq, mübarizə apardım. Yarımfinalda məğlub oldum və daha sonra bürünc medal qazandım. Ən böyük hədəfim isə yenidən paraolimpiya və dünya çempionu olmaqdır".
Xatırladaq ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibidir. O, 2023-cü ildə isə dünya çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB