Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.
SİA xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2106"-nın sürücüsü xəsarət alıb. Sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Hadisə ilə bağlı cinayət işi başladılıb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB