Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 188,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.
SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 dəfə çoxdur.
Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 5,4 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB