Ronaldonun komandasından tarixi REKORD

Ronaldonun komandasından tarixi REKORD

"Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında ardıcıl 100 oyunda qol vuran ilk komanda olub.

SİA xəbər verir ki, buna komanda çempionatın 13-cü turunda “Əl-Həzm”ə qarşı keçirilən matçda (1:0) nail olub.

Görüşün 26-cı dəqiqəsində portuqaliyalı yarımmüdafiəçi Samu Koşta fərqlənərək komandasını önə keçirib. Bu qol “Əl-Nəsr”in ardıcıl 100-cü çempionat matçında rəqib qapısına yol tapması ilə əlamətdar olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə