"Türkiyə 2050-ci ilədək Akkuyu, Sinop və Trakya bölgələrində ümumilikdə ən azı 12 nüvə reaktoru tikməyi planlaşdırır."
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən "Əsrin gəncliyi: Enerji" proqramında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, dünya ən böyük enerji böhranlarından biri ilə üzləşsə də, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə enerji təchizatında ciddi problemlərlə qarşılaşmayıb.
A.Bayraktar "Milli Enerji 2040" strategiyasının əsas istiqamətlərindən danışaraq, bərpaolunan enerji mənbələrinin gücünün əhəmiyyətli dərəcədə artırılacağını vurğulayıb.
O bildirib ki, hazırda 45 min MVt olan bərpaolunan enerji üzrə quraşdırılmış güc dörd dəfə artırılaraq 175 min MVt-a çatdırılacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB