İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində sünni din xadimi öldürülüb. SİA Publika.az-a istinadən xəbər verir ki, bu barədə Sərbaz rayon administrasiyası məlumat yayıb.
“Rayonun hörmətli və tanınmış sünni din xadimlərindən biri, müəllimimiz Bəşir Salahzəhi terror hücumunun qurbanı olub və həlak olub”, – deyə rayon administrasiyasının məlumatında bildirilir.
Qeyd edilib ki, hadisə Sərbaz–İranşəhr avtomobil yolunda baş verib. Hadisənin digər detalları açıqlanmayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB