Türkiyənin Kocaeli vilayətindəki uşaq evindən Boluya gündəlik gəzintiyə gedən 14-17 yaşlarında 10 qız uşağı və 3 əməkdaş itkin düşdükdən təxminən 10 saat sonra sağ tapılıb.
SİA-nın əldə etdiyi məlumata görə, uşaqlar Yedigöllər və Gölcük Təbiət Parklarını əhatə edən gəzintidən qayıdarkən onlarla əlaqə kəsilib.
Bundan sonra Bolu Valiliyində böhran mərkəzi yaradılıb, polis, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), səhiyyə qrupları axtarışlara başlayıb.
Məlumata görə, mikroavtobus əsas yoldan çıxaraq təxminən 22 kilometrlik meşəlik əraziyə daxil olub və palçığa bataraq hərəkətsiz qalıb.
Mikroavtobusun sürücüsü Nazif Ege qısa yoldan getmək üçün həmin istiqamətdən istifadə etdiyini və daha əvvəl bu yolla getmədiyini bildirib.
Uşaqlar və əməkdaşlar sağ-salamat yataqxanaya qaytarılıb, onların səhhətinin yaxşı olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB