...Ukraynalı mayor Olqa Biqar, "Cadugər" çağırış işarəsi, Qərb ordularının niyə müasir müharibəyə yanaşmalarını yenidən nəzərdən keçirməli olduqlarını izah edib.
Onun sözlərinə görə, Qərb hərbi kadrların hazırlığını kökündən dəyişməli olacaq: müasir döyüş meydanında üstünlük fiziki gücdən deyil, texniki bacarıq və düşüncədən asılıdır.
SİA-nın əldə etdiyi məlumata görə, Britaniyanın “Forces News” nəşrinə müsahibə verən 34 yaşlı hərbçi PUA-ların kütləvi şəkildə istifadəsinin müharibə qaydalarını dəyişdiyini bildirib.
Qərb ordularının onilliklər ərzində güvəndiyi tanklar və digər zirehli texnikalar indi çox vaxt pilotsuz təyyarələr tərəfindən vurulmadan düşmən mövqelərinə belə yaxınlaşa bilmir. Biqarın sözlərinə görə, döyüşçülərin özləri üçün tələblər də dəyişib.
Əgər əvvəllər kompüter oyunlarına həvəsi olan, lakin fiziki hazırlığı zəif olan arıq bir insan perspektivli hərbçi hesab oluna bilməzdisə, bu gün məhz belə bacarıqlara tələbat yaranır.
Zabit misal olaraq Krım körpüsünə hücumu göstərib və qeyd edib ki, bu cür əməliyyatların arxasında mütləq fiziki cəhətdən güclü kişilər durmur. Onlar qadınlar, oyunçular və ya yaşlı insanlar tərəfindən planlaşdırıla və həyata keçirilə bilər.
...Biz daha geniş düşünməliyik, adi çərçivəni dəyişməliyik, onu sındırmalıyıq, - deyən Biqar Qərb ordularını müasir müharibə təcrübəsini nəzərə alaraq hərbi təlimlərə yanaşmaları uyğunlaşdırmağa çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB