Parisdə aeroport əməkdaşları da tətilə başlayır- TƏLƏB

Parisdə aeroport əməkdaşları da tətilə başlayır- TƏLƏB

Paris hava limanlarını təmsil edən iki həmkarlar ittifaqı Milad tətilinin başlanması ərəfəsində dörd günlük tətil elan edib.

Fransa mediasının yazdığına görə, tətil təşəbbüsü CGT və FO həmkarlar ittifaqları tərəfindən irəli sürülüb. Birgə bəyanata əsasən, aksiya dekabrın 17-də saat 05:00-da başlayacaq və dekabrın 20-si gecə yarısına qədər davam edəcək.

Tətilə Orli və Şarl-de-Qoll hava limanlarını idarə edən ADP şirkətinin əməkdaşları qoşulacaqlar.

İşçilər nəqliyyat xərclərinə görə kompensasiyanın 20 % artırılmasını, hər bir əməkdaşa 1 000 avro məbləğində mükafat verilməsini və yeni iş yerlərinin açılmasını tələb edirlər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə