Siyəzən şəhəri yaxınlığında iki azyaşlı Taxtakörpü-Ceyranbatan su kanalına düşüb. SİA xəbər verir ki, hadisə uşaqlar kanalın kənarında oynayan zaman baş verib.
Onlardan Ömər Vüsal oğlu Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hüseyn Ceyhun oğlu Allahverdiyevin isə axtarışları davam etdirilir.
Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.
***
Taxtakörpü-Ceyranbatan" su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfər suda batıb
Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini H. Allahverdiyevin cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB