İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini "Yaşar" partiyasının sədri Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib.
İsrail mediası yazır ki, B. Netanyahu özü isə müddətin əvvəlində Baş nazirin müavini vəzifəsini tutmağa hazırdır.
Onun sözlərinə görə, təhlükəsizlik təhdidləri fonunda o, hətta Baş nazirin ən böyük partiyanın lideri olması prinsipindən də imtina etməyə hazırdır.
SİTAT": "Ekzistensial təhlükənin miqyasını nəzərə alaraq, lider kimi məsuliyyətim məndən hər şeyi bir kənara qoymağı və Qadi Ayzenkotun əvvəlcə Baş nazir vəzifəsini tutması, mənim isə müddətin əvvəlində onun müavini olmağı qəbul etməyimi tələb edir", – Netanyahu qeyd edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB