Türkiyədə yük maşını mikroavtobusla toqquşub- 7 ölü var

Türkiyədə yük maşını mikroavtobusla toqquşub- 7 ölü var

Türkiyədə baş verən ağır yol qəzasında 7 nəfər ölüb. "Haber Global"ın məlumatında deyilir ki, qəza Van-Özalp avtomobil yolunda baş verib.

Qeyd olunub ki, TIR-la mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu , eləcə də yanğınsöndürmə qrupları cəlb olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə