Polşada naməlum şəxs insanlara atəş açıb - 6 ölü, 15 yaralı var

Polşada naməlum şəxs insanlara atəş açıb - 6 ölü, 15 yaralı var

Polşanın Krakov şəhərinin əsas bazar meydanında atışma baş verib. SİA xəbər verir ki, naməlum şəxs yoldan keçən insanlara atəş açmağa başlayıb. Nəticədə 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə yerində xilasetmə əməliyyatı aparılır. Əraziyə tibbi helikopter də cəlb olunub.

Məlumata görə, hücum edən şəxs avtomobilindən təsadüfi insanlara atəş açıb və polislə atışma zamanı yaralanaraq xəstəxanaya çatdırılıb. Hadisə zamanı iki polis əməkdaşı da yaralanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə