Azərbaycanın Zəfər Günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

Azərbaycanın Zəfər Günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

8 Noyabr – Zəfər Günü münasibətilə Belarus Milli Kitabxanasının binası üzərinədə xüsusi videoproyeksiya nümayiş olunub.

SİA xəbər verir ki, Minsk şəhərinin simvollarından biri hesab olunan kitabxananın üzərində Azərbaycan bayrağı və müstəqillik rəmzləri əks etdirilib. Belarusdakı Azərbaycan Ticarət Evinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən videoproyeksiya şəhər sakinləri və paytaxt qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Noyabrın 7-si axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və “Azərbaycanı bayram münasibətilə təbrik edirik!” şüarı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə