Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti 8 noyabr – Zəfər Günü münasibətilə Zəfər parkında yerləşən Zəfər Tağı abidəsini ziyarət edib.
Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i ölkə ərazisində Zəfər Günü kimi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB