Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Zəfər abidəsini ziyarət ediblər. SİA xəbər verir ki, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bildirilib ki, qazanılmış tarixi Zəfər xalqımızın birliyinin, milli iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümüdür. Bu möhtəşəm Qələbə xalqımızın yaddaşında milli qürur və fəxarət rəmzi kimi əbədi yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB