Ancelina Colinin malikanəsi 24,75 milyon dollara satıldı!

Ancelina Colinin malikanəsi 24,75 milyon dollara satıldı!

Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdə yerləşən tarixi malikanəsi 24,75 milyon dollara satılıb. Lakin maraqlısı odur ki, dünya mediasında yayılan məlumatların əksinə olaraq, əmlakı müğənni Madonna almayıb. Bu barədə Colinin daşınmaz əmlak agenti məlumat verib. Los-Ancelesin Los Feliz bölgəsində yerləşən malikanə vaxtilə əfsanəvi rejissor Sesil B. DeMillin evi olub. Tarixi əmlak Hollivud memarlığı, zərif dizaynı və yaşıllıqlarla əhatələnmiş bağları ilə seçilir.

Altı yataq otağı və 10 vanna otağı olan malikanənin ərazisində qonaq evi və şəxsi hovuz da var. Əmlakın yeni sahibinin kimliyi isə məxfi saxlanılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə