"Keçmiş arvadlarıma 10 milyon dollarlıq evlər vermişəm"

"Keçmiş arvadlarıma 10 milyon dollarlıq evlər vermişəm"

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərini bildirib.

Mehmet Ali Erbil həmin illərdə demək olar ki, hər həftə bir ev aldıqlarını söyləyib. Şoumen daha əvvəl sərvəti ilə bağlı verdiyi açıqlamada isə hazırda yaşadığı evin 10 milyon dollar dəyərində olduğunu, keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi qiymətinin də eyni məbləğ təşkil etdiyini bildirmişdi.

“Qumar oynayaraq heç vaxt bütün var-dövlətimi itirməmişəm. Övladlarımın gələcəyini təmin etmişəm” deyə, o qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə