Qaxda TIR mikroavtobusa çırpılıb, sərnişin mikroavtobusu dərəyə aşıb. SİA-nın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Ləkit kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan TIR tipli yük avtomobili "Mercedes" markalı mikroavtobusa arxadan çırpılıb. Zərbənin təsirindən içərisində sərnişinlərin də olduğu mikroavtobus yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, TIR-ın yük yerində digər avtomobillər də olub. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB