"Bu dəhşətli müharibəyə son qoymaq..." - Trampın kürəkənindən Ukrayna bəyanatı

"Bu dəhşətli müharibəyə son qoymaq..." - Trampın kürəkənindən Ukrayna bəyanatı

"ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyişə nail olmağı hədəfləyir." SİA xəbər verir ki, bu barədə D. Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşnerin sosial şəbəkə hesabında, Moskva, Kiyev və Vaşinqtonun iştirakı ilə Əbu-Dabidə keçiriləcək ikigünlük üçtərəfli danışıqlar ərəfəsində yayılan bəyanatında bildirilib. "Prezident Tramp bu dəhşətli müharibəyə son qoymaqda qətiyyətlidir", – bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin əsas məqsədi davamlı sülhü təmin edəcək, suveren, təhlükəsiz və firavan Ukraynanın formalaşması üçün şərait yaradacaq diplomatik həll yolu tapmaqdır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə