Yerevan Tehrana TRIPP-in tətbiqinin regionun sərhədlərini və ya geosiyasi konfiqurasiyasını dəyişdirməyəcəyinə, tikinti işlərinin Ermənistan şirkətləri tərəfindən aparılacağına və ABŞ qoşunlarının regionda yerləşdirilməyəcəyinə zəmanət verib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi 9 noyabrda keçirilən mətbuat konfransında üçtərəfli bəyanatı şərh edərkən bildirib.
Baqayi qeyd edib ki, İran tərəfi layihənin ABŞ-ın iştirakı ilə həyata keçirilməsinin mümkün nəticələri ilə bağlı narahatlıqlarını dərhal Ermənistana bildirib.
O, Tehranın nəqliyyat kommunikasiyalarının açılmasını dəstəklədiyini, lakin bu cür layihələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərdə və regionun geosiyasi konfiqurasiyasında dəyişikliklərə səbəb olmadığına israr etdiyini vurğulayıb.
"İran hadisələri diqqətlə izləyir, çünki ABŞ-ın regionda iştirakı və müdaxiləsi daim qeyri-sabitlik və təhlükəsizlik təhdidləri ilə müşayiət olunur", - deyə o qeyd edib.
O, həmçinin Tehranın Yerevanla yaxşı münasibətlər saxladığını və İranın və regiondakı digər ölkələrin maraqları tələb edərsə, narahatlıqlarını müvafiq tərəflərə açıq şəkildə çatdırmaq niyyətində olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB