COP31 çərçivəsində Antalyada keçiriləcək tədbirlər zamanı iştirakçıların sağlamlığının qorunması və təcili tibbi yardımın təşkili məqsədilə geniş səhiyyə infrastrukturu yaradılıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu açıqlayıb.
Nazir bildirib ki, tədbir ərazisində yaradılan 5 xəstəxanada 550 səhiyyə işçisi növbəli şəkildə fəaliyyət göstərəcək. Bundan əlavə, 5 tam təchiz olunmuş təcili yardım avtomobili vasitəsilə sutka ərzində fasiləsiz tibbi yardım xidməti təmin ediləcək.
K.Memişoğlu qeyd edib ki, təcili tibbi yardımın təşkili ilə yanaşı, Antalya Şəhər Xəstəxanası başda olmaqla, müəyyən edilmiş digər xəstəxanalarla yönləndirmə və koordinasiya infrastrukturu da hazırlanıb.
Onun sözlərinə görə, tədbir müddətində həkimlərin və digər səhiyyə işçilərinin fəaliyyəti üçün bütün zəruri tibbi avadanlıq və ləvazimatlar hazır vəziyyətdə olacaq.
Nazir COP31-in Türkiyə və Antalya üçün uğurlu keçməsini arzulayıb, bütün iştirakçılara sağlamlıq və uğurlar diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB