"İqlim siyasəti bəşəriyyətin gələcəyini qorumaq siyasətidir" - COP31 Prezidenti

"İqlim siyasəti bəşəriyyətin gələcəyini qorumaq siyasətidir" - COP31 Prezidenti

Bugünkü dünyada artıq sözlər kifayət etmir. İqlim siyasəti inkişaf, qida, enerji və şəhər siyasətini də əhatə edir. Hər şeydən əvvəl, bu siyasət bəşəriyyətin gələcəyini qorumağa xidmət edir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP31) Antalyada keçirilən açılış mərasimində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bir ölkədə su ehtiyatlarının azalması digər cəmiyyətlərin iqtisadiyyatına, miqrasiya proseslərinə və təhlükəsizliyinə də təsir göstərir.

“Dünya bizə çox aydın bir mesaj verir: biz sıfır nöqtəsindəyik”, - deyə Murat Kurum vurğulayıb.

O əlavə edib ki, Türkiyə tarix boyu körpü rolunu oynayıb və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin gözləntilərini ortaq məxrəcə gətirmək üçün məsuliyyət daşımağa hazırdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə