"Bayrağımız azadlıq düşüncəmizin və milli iradəmizin təcəssümüdür" - POLİTOLOQ

"Bayrağımız azadlıq düşüncəmizin və milli iradəmizin təcəssümüdür" - POLİTOLOQ

"9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli kimliyini, dövlətçilik iradəsini və tarixi yaddaşını özündə birləşdirən əlamətdar gündür. Üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlətçilik ideallarının müasir müstəqil Azərbaycan dövlətində yaşadılmasının rəmzidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu bayraq azadlıq düşüncəmizin, milli birliyimizin və suverenliyimizin ifadəsidir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması üçrəngli bayrağımızın siyasi və mənəvi əhəmiyyətini daha da artırıb. Bu gün bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması xalqımızın tarixi ədalətə qovuşmasının, güclü dövlət quruculuğunun və milli iradəsinin təntənəsidir.

Dövlət bayrağına hörmət dövlətə, tarixə və milli dəyərlərə hörmətin göstəricisidir. Bayrağımız Azərbaycanın müstəqillik yolunun, bugünkü gücünün və gələcək hədəflərinin dəyişməz simvoludur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə