Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş səhnə əsəri nümayiş etdirilib
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş etdirilib.
SİA xəbər verir ki, şəhid analarının və qazilərin də izlədiyi tədbirdə əvvəlcə Əməkdar artist Nicat Kazımov və şair-dramaturq İlqar Fəhmi çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, şanlı Qələbənin bəxş etdiyi qürur hissindən bəhs ediblər.
Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, vətənpərvərlik ruhunda hazırlanan və təsirli səhnələrlə zəngin olan “Balaca kişilər” tamaşası İlqar Fəhminin eyniadlı əsəri əsasında Əməkdar artist Nicat Kazımov tərəfindən quruluş verilib.
Müəllif: Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB