“Belə tədbirlər uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir“ -VAQİF ABBASOV

“Belə tədbirlər uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir“ -VAQİF ABBASOV

“Belə tədbirlər uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir. Bu gün Azərbaycan Dövlət Kukla Teatrında Xətai rayon 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgisinin açılışı keçirilir”.

Bu fikirləri 1 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, belə tədbirlərin əhəmiyyəti çox böyükdür: “Çünki onlar uşaqlarda sağlam vətənpərvərlik ruhunun aşılanmasına, Vətənə sevgi və milli dəyərlərə bağlılığın formalaşmasına xidmət edir. Bu cür tədbirlər tərəfimizdən mütəmadi olaraq təşkil olunur. Rəssamlıq şöbəsinin şagirdləri ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə də möhtəşəm sərgi keçirmişdik. Düşünürəm ki, bu ənənə bundan sonra da davam edəcək.

Azərbaycanın bu tarixi Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ordu quruculuğu və qəhrəman əsgərlərimizin şücaəti sayəsində mümkün olub.

Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, Prezidentimiz başda olmaqla hər bir vətəndaşımıza belə möhtəşəm qələbələr arzulayıram”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə