Qubada avtomobil aşıb, ölən və yaralılar var

Qubada avtomobil aşıb, ölən və yaralılar var

Qubada qəzada ölən və yaralanan şəxslərin kimliyi bilinib.

SİA xəbər verir ki, Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi "Lada-Niva" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə