“Zəfər Gününə öz yaradıcılığımla töhfə vermək mənim üçün böyük qürurdur“ - DƏNİZ RƏHİMOVA

“Zəfər Gününə öz yaradıcılığımla töhfə vermək mənim üçün böyük qürurdur“ - DƏNİZ RƏHİMOVA

Zəfər Gününə öz yaradıcılığımla töhfə vermək mənim üçün böyük qürurdur.

Sərgidə iştirak edən 1 nömrəli Uşaq İncəsənət Məktəbinin 4-cü sinif şagirdi Dəniz Rəhimova SİA-ya açıqlamasında öz əl işləri və sərgiyə hazırlıq prosesi barədə danışıb.

O bildirib: “Zəfər Gününə həsr olunmuş iki kompozisiya hazırlamışam. Onlardan birində yaz fəslini, digərində isə payız mövzusunu təsvir etmişəm.

Zəfər Günü mənim üçün çox sevincli və qürurverici bir gündür. Bu kompozisiyaları hazırlayarkən çox həyəcanlanırdım. Əvvəlcə düşündüm ki, bəlkə də istədiyim kimi alınmaz. Amma sonda hər şey çox gözəl alındı. İşlərimi təqdim edəndə müəllimlərimin və dostlarımın çox xoşuna gəldi. Mən də buna çox sevindim və əməyimdən razı qaldım. Belə əlamətdar bir günə öz yaradıcılığımla töhfə vermək mənim üçün böyük qürurdur. Təşəkkür edirəm!”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə