Azərbaycan Dövlət Kukla Teatrında Zəfər Gününə həsr olunmuş sərgi açılıb

Azərbaycan Dövlət Kukla Teatrında Zəfər Gününə həsr olunmuş sərgi açılıb

Azərbaycan Dövlət Kukla Teatrında Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq sinfi şagirdlərinin əl işlərindən ibarət 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərginin açılışı keçirilib.

SİA xəbər verir ki, sərgidə şagirdlərin Vətənə sevgi, milli qürur və Zəfər ruhunu əks etdirən rəsm əsərləri nümayiş olunur.

Müxtəlif texnikalarda hazırlanmış əl işlərində Qarabağın gözəllikləri, Azərbaycan bayrağı, Vətən sevgisi və Zəfər Gününün əhəmiyyəti təsvir edilib.

Sərginin əsas məqsədi uşaqlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və onların yaradıcılıq potensialının nümayiş etdirilməsidir.

Qeyd edək ki, bu cür təşəbbüslər uşaqların milli tariximizə, dövlətçilik ənənələrimizə və Vətənimizin tarixi Zəfərinə bağlılığının formalaşmasında mühüm əhəmiyyət daşıyır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə